Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfədir - Sahil Kərimli
Azərbaycan Prezidentinin Özbəkistana səfəri olduqca mühim hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.
Bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistanda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qarşılanması, Ulu Öndər Heydər Əliyev adına parkın və büstün açılması ölkəmizə, xalqımıza, həmçinin dövlət başçımıza olan diqqətin, isti və səmimi münasibətin bariz nümunəsidir: "Məlumdur ki, Sovetlər birliyi dağıldıqdan və Azərbaycanla Özbəkistan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri olub. Sonrakı illərdə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilib, dövlətlərarası münasibətlər daha da möhkəmlənib. Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həmçinin Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətlərindən qaynaqlanr.
Ən önəmli məqamlardan biri isə əlbəttə ki, xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrdir. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfələrdən biridir.
Özbəkistanın 44 günlük Vətən Müharibəsi zamanı və tarixi Qarabağ Zəfərindən sonra da Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də xüsusi vurğulanmalıdır. Hazırda Özbəkistan tərəfinin işğaldan azad edilmiş Füzuli şəhərinin bərpasına göstərdiyi dəstək təqdirə layyiqdir və Azərbaycan xalqı bu diqqəti yüksək qiymətləndirir. Eyni zamanda, Prezident İlham Əliyevin səfər zamanı çıxışlarında ifadə etdiyi hərtərəfli dəstək də Özbəksitan ictimaiyyətində böyük məmnunluq hissi ilə qarşılanıb.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticari əlaqələrin, idxal-ixrac əməliyyatlarının artırılması da əsas prioritetlərdən biridir ki, bu da iqtisadi inkişafa hədəflənib. Həmçinin qarşılıqlı investisiyaların yatırılması da qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu istiqamətdə də böyük potensial var və hər iki ölkənin lideri arasında əldə edilən razılaşmalar ölkələrimizin gələcəyinə hədəflənmiş layihələrdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)





