Siyasət

İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib - VİDEO

17 İyun 2022 16:33
Baxış: 1 252

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirildi.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu. Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.