Siyasət

ÜST-ün Baş direktorundan COVID pandemiyası ilə bağlı AÇIQLAMA

17 İyun 2022 10:30
Baxış: 1 415

"COVID-19 pandemiyası artıq başa çatmaq üzrədir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyənin idarə edilməsi" mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əksər ölkələrdə yoluxmanın aşağı səviyyəyə düşdüyünü qeyd edən ÜST Baş direktoru vurğulayıb ki, yalnız aşağı gəlirli ölkələrdə bu problem qalmaqdadır: "İlk növbədə səhiyyə işçiləri, 60 yaşdan yuxarı şəxslərin daxil olduğu kateqoriyaların peyvəndlənməsi zəruridir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.