Siyasət

Əli Əsədov müvafiq qurumlara konkret tapşırıqlar verdi - FOTO

10 İyun 2022 11:11
Baxış: 818

İyunun 09-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər.

İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb.

Müvafiq qurumlara konkret tapşırıqlar verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.