Siyasət

Bayden Duda ilə Ukraynaya dəstəyi müzakirə edib

9 İyun 2022 08:54
0 Şərh     Baxış: 641

ABŞ Prezidenti Cozef Bayden polşalı həmkarı Anjey Duda ilə telefonla Ukraynaya dəstəyi müzakirə edib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıqdan da danışıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, liderlər təhlükəsizlik və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə dair ümumi öhdəliklərini bir daha təsdiqləyiblər.

Onlar həmçinin Rusiyanın apardığı müharibə fonunda Ukrayna xalqına və hakimiyyətlərinə verilən dəstəyi müzakirə ediblər.

Bundan əlavə, Bayden ABŞ-ın Polşanın və NATO-nun şərq cinahının təhlükəsizliyinə sadiqliyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.