Siyasət

"Rusiya taxıl böhranının həlli ilə deyil, şantajla məşğuldur" - Blinken

7 İyun 2022 08:48
0 Şərh     Baxış: 754

Rusiya qlobal ərzaq böhranının həllinə kömək göstərmir. Bu ölkə təhdidlə məğşğuldur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ərzaq tədarükünə icazə vermir və dünyanı onun tələbləri ilə razılaşmaya və sanksiyaları aradan qaldırmasına çalışır.

Ərzaq təhlükəsizliyi ilə bağlı onlayn tədbirdə Blinken bunu şantaj adlandırıb.

"İndi Rusiyanın dəniz blokadası səbəbindən Ukrayna öz məhsullarını adi təyinat yerlərinə daşıya bilmir", - deyə Amerika diplomatiyasının rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, təxminən 20 milyon ton buğda Odessa limanında gəmilərdə qalıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.