Siyasət

Makronun çağırışı Ukraynanı hiddətləndirdi

5 İyun 2022 19:52
0 Şərh     Baxış: 1 113

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "prezident Vladimir Putinin tarixi səhvinə baxmayaraq, Rusiyanı alçaltmaq olmaz" ifadəsini işlədən Fransa prezidenti Emmanuel Makronu kəskin şəkildə tənqid edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, bununla bağlı reaksiyasını "Twitter" sosial şəbəkəsindəki rəsmi hesabında ifadə edib.

D.Kuleba bildirib: "Rusiya zatən öz-özünü alçaldıb, müttəfiqlər isə onu yerində oturtmağa daha çox diqqət etməlidirlər".

Ukrayna xarici işlər nazirliyinin rəhbərinin fikrincə, bu cür çağırışlar yalnız Fransanın və eyni düşüncədə olan istənilən ölkənin özünü aşağılamaqdan başqa bir işə yaramır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.