Siyasət

Poroşenko ölkədən buraxılmadı

28 May 2022 08:32
0 Şərh     Baxış: 644

Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko NATO Parlament Assambleyasında iştirak etmək üçün ölkəni tərk etməyə cəhd etsə də, sərhədçilər onu buraxmayıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Radanın deputatı İrina Geraşenko məlumat verib.

"Bu gecə Poroşenkoya sərhədi keçməyə icazə verilməyib. Heç bir izahat verilmədən", - deyə Geraşenko feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, Poroşenko NATO Parlament Assambleyasının Vilnüsdə keçiriləcək iclasına Ali Radanın nümayəndə heyətinin tərkibində gəlməli idi və səfərlə bağlı müvafiq sərəncamı Radanın sədri Ruslan Stefançuk imzalayıb. Lakin sərhədçilər sənədi saxta hesab edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.