Siyasət

Ruslar bu yaşayış məntəqələrini atəşə tutub

28 May 2022 08:14
0 Şərh     Baxış: 384

Rusiya əsgərləri Severodonetsk istiqamətində hücumlarını davam etdirir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, Rusiya ordusu Slavyansk istiqamətində Svyatogorsk, Boqorodiçnoye və Vernopolye yaşayış məntəqələrini atəşə tutub, Seversk, Slavyansk və Dovqenkiyə hava hücumu həyata keçirir, Liman istiqamətində Ukrayna ordusunu geri qaytarmağa çalışır, Ozernoe və Dibrova yaşayış məntəqələrini minaatanlardan və çoxsaylı reaktiv yaylım atəşinə tutur.

Qeyd edilib ki, Rusiya ordusu Ukrayna əsgərlərinin maddi-texniki təminatını kəsmək üçün Baxmutska istiqamətində taktiki mövqelərini yaxşılaşdırmağa çalışır.

Açıqlamada Rusiyanın Avdeyevka istiqamətində bəzi qəsəbələrə qurudan və havadan hücumlar təşkil etdiyi qeyd olunub.

Bəyanatda, həmçinin, Ukrayna ordusuna məxsus MiQ-29 qırıcısının Xerson vilayətində Rusiya qüvvələrinə məxsus Su-35 döyüş təyyarəsini vurduğu bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.