Siyasət

“Putin Kiyevlə sülh danışıqlarına getməyəcək”

28 May 2022 08:48
0 Şərh     Baxış: 703

"Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsindən üç ay keçsə də, işğalçı ölkənin prezidenti Vladimir Putin indiyədək Kiyevlə sülh danışıqları aparmaq istəyini ifadə etməyib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Pentaqonun spikeri Con Kirbi brifinqdə deyib.

Kirbi həmçinin qeyd edib ki, Putin Ukrayna ilə müharibədə indiyədək heç bir strateji məqsədə nail olmayıb.
"O, Ukraynanın suverenliyini əlindən almadı - əksinə, ukraynalılara müstəqilliyin həqiqətən nə qədər vacib olduğunu göstərdi və onlar hər gün bunun üçün mübarizə aparırlar", - Kirbi deyib.

Eyni zamanda, Kirbinin sözlərinə görə, Putin danışıqlara hazır deyil:

"Putin düzgün olanı edə bilər: qoşunları çıxarıb, Zelenski ilə danışıqlar masasına oturub, vicdanla danışıqlar apara bilər. Görünən odur ki, hazırda belə danışıqlara heç bir ümid yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.