Ermənistanın son tələbi də ƏLİNDƏN ALINIR - Moskvanın PLANI NƏDİR?
"Brüssel görüşləri Moskva yaxud Soçidəki Qarabağ gündəminin təkrarıdır".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Azərbaycan istədiyinə nail olmağa çox yaxındır:
"Deməliyəm ki, hələlik həm Moskva, həm də Brüssel görüşləri daha çox məşvərət xarakterlidir. Brüssel siyasi meydanın autsayderi olan Minsk Qrupunu əvəz edir, o "toy general"ından başqa bir şey deyil. Bu baxımdan Brüssel görüşündə səslənən yanaşmaların xoşagəlimliyi ilə ümidlənməməliyik. Brüssel Qarabağ ermənilərini subyekt kimi görmək istəyir. Bu işdə gələcəkdə Haaqa məhkəməsinə qədər qondarma müraciətlər edə bilər. Ona görə də statusun müzakirəsi məsələsində israrlıdır.
Brüssel qanunla idarə edilən mərkəz olsa da, onun Azərbaycana olan münasibəti Asiya dövləti münasibətidir. İrəvana olan münasibət isə qohum sivilizasiya maraqlarından irəli gəlir. Odur ki, Şarl Mişelin ismarıcları və prioritetləri xoşagələn o halda ola bilər ki, Brüssel açıq şəkildə Qarabağdakı qanunsuz, hərbi birləşmələrin tərksilah edilməsini tələb etsin. Bu təkliflə nə Moskva, nə də Brüssel çıxış edir. Yerdə qalan müddəalar "köhnə havalardır". Özünüz bir düşünün, əgər delimitasiya prosesi Moskvanın hərbi xəritələri üzərindən həyata keçiriləcəksə, Brüsselin nəsə təklif etməyi ikinci dərəcəli deyilmi!?
2.jpg)
Brüsselin və Moskvanın açıq demədiyi müddəa odur ki, hər iki tərəf Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu artıq qəbul edib, Azərbaycan onları faktla üzbəüz qoyub. İndi əsas məqsəd hər iki qütb üçün erməni əhalisinin subyektliyini qorumaq, yəni Azərbaycan daxilində onlara özünüidarəni təmin etmək və ən pis halda bu subyektliyin itirilməsini Azərbaycana baha qiymətə "satmaqdır". Bu işdə hər iki qütbün marağı İrəvanın marağı ilə üst-üstə düşür. Ona görə Moskvanı Avropanın Qarabağ kontenti ilə məşğulluğu qane edir, prosesə mane olmur.
Bu arada Zəngəzur dəhlizi mövzusunu Azərbaycan qəsdən gündəmdə saxlayır ki, Ermənistan "Qarabağ ermənilərinin subyektivliyi" məsələsindən imtina etsin. Hər görüşdən sonra nəqliyyat yolları ilə bağlı tərəflərin ziddiyyətli yanaşmasının kökündə də bu dayanır. Demək ki, Azərbaycan Ermənistanın ən zəif yerinə sıxmaqla istədiyinə nail olmaq istəyir. Açığı, İrəvan nəinki divara dirənib, divar artıq qurtarıb, deyərdim.
İrəvanda yay ayında növbəti Dəmir yumruğu alacaqlarını gözləyirlər. Ona görə mövqeləri dəyişkən və bulanıqdır. Amma bir addım qabağa, iki addım geriyə manevri üçün yer qalmayıb".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





