Siyasət

Ukraynada cinayət işi açılan ilk Rusiya əsgəri ömürlük həbs edildi

24 May 2022 07:00
0 Şərh     Baxış: 789

Ukrayna məhkəməsi tərəfindən mühakimə olunan ilk rus əsgər Vadim Şişimarin hərbi cinayətdə və qətl törətməkdə təqsirli bilinərək, ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb Şişimarinin 62 yaşlı Aleksandr Şepilovu başından açdığı atəşlə öldürməsi olub.

Bildirilib ki, Rusiya ordusu ilə Ukraynanın Sumi bölgəsinə daxil olan Şişimarin fevralın 28-də Çupaxovka qəsəbəsində evinin qarşısında dayanan və heç bir silahı olmayan 62 yaşlı Aleksandr Şepilovu silahla vuraraq öldürüb.

Daha sonra Ukrayna əsgərləri tərəfindən əsir götürülən Şişimarin barəsində qəsdən adam öldürmə və hərbi cinayətlər törətmə ittihamı ilə iddia açılıb.

Mayın 18-də Solomenski Məhkəməsində rus əsgərin məhkəməsi başlayıb və bu, "Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra Rusiya əsgərinə qarşı açılan ilk cinayət işi" olması ilə diqqət çəkib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.