Siyasət

Rusiya Ukrayna ilə danışıqlara hazırdır

22 May 2022 23:41
0 Şərh     Baxış: 991

Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

"Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox" - deyə Medinski vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.