Siyasət

Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb

22 May 2022 22:06
0 Şərh     Baxış: 530

ABŞ Prezidenti Co Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, etirazçılar bu səfərin Çinlə münasibətlərə mənfi təsirindən ehtiyat edirlər.

Bayden prezident qismində Yaponiyaya ilk dəfə rəsmi səfərə gəlib. Səfər şərçivəsində o, Baş nazir Fumio Kisida, imperator Naruxito, həmçinin KXDR kəşfiyyatının oğurladığı şəxslərin ailələri ilə görüşəcək.

Ertəsi gün Bayden təhlükəsizliklə bağlı dörtərəfli sammitdə (Yaponiya, Avstraliya, Hindistan, ABŞ) iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.