Paşinyan Azərbaycanı aldatdı? - Ermənistan üçün "ölüm zəngi" ÇALINIR
"Ermənistanın hazırda mövcud hərbi potensialı döyüş əməliyyatları və ya müharibəni aparmaq üçün yetərli deyil".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, birgə bəyanatın yerinə yetirilməsi üçün təzyiqlərimizi davam etdirməliyik:
"Bu gün Ermənistanın hərbi potensialının döyüş əməliyyatları üçün kifayət etməməsi, onlar tərəfindən törədilən lokal təxribatları və atəşkəs pozuntularını istisna etmir. Ayrı-ayrı istiqamətlərdə daha təsirli, effektiv təxribatlara əl atmaq Ermənistanın daim planlarının bir hissəsi olub və bu, indi də belədir.
Düşünmürəm ki, biz uzun müddət bu proseslərə səbrli və təmkinli şəkildə yanaşaq. Əgər təxribatların miqyası Azərbaycanı artıq dərəcədə narahat edərsə, Azərbaycan mütləq buna əvvəllər olduğu kimi daha adekvat, daha təsirli və səmərəli şəkildə cavab verəcək.
Mənim təklifim isə, atəşkəs pozulan mövqelərin harada və ya necə yerləşməsindən asılı olmayaraq dərhal darmadağın edilməsi və Azərbaycan bayrağının orada qaldırılmasından ibarətdir. Ermənilərə bu güc metodu daha tez təsir edir, nəyinki bəyanat, xəbərdarlıq və s.
İstənilən halda Azərbaycan proseslərdə öz hərbi, siyasi, diplomatik üstünlüyündən istifadəsini gələcəkdə də davam etdirəcəyini şübhə doğurmur.
Paşinyan son bir ayda iki dəfə işçi qrupunun görüşünün vaxtını uzatması hesab edirəm ki, Ermənistanda baş verən bu daxili proseslərlə, müxalifətin təzyiqi ilə də bağlı ola bilər. Amma bu, Azərbaycanı maraqlandırmamalıdır.
Ortada birgə bəyanat var, birgə bəyanatın yerinə yetirilməsi üçün təzyiqlərimizi davam etdirməliyik. Əgər biz bu məsələdə Ermənistana bir qədər də zaman versək, onlar seçki, mitinq, etiraz aksiyaları bəhanəsi ilə prosesləri daha uzun bir müddətə ləngidə bilərlər. Odur ki, biz bunu düşünməyəcəyik.
Əgər Ermənistan sərhədlərin delimitasiyası prosesindən yayınırsa, biz bunu birtərəfli qaydada yerinə yetirməyə başlamalıyıq. Gözləməyək ki, Ermənistan nə zaman öz nümayəndəsini göndərəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)





