Siyasət

Pentaqon rəhbəri Şoyqu ilə söhbətindən danışıb

16 May 2022 08:53
0 Şərh     Baxış: 791

Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib.

Telefon danışığı zamanı Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə mayın 13-də söhbətini ukraynalı həmkarı Reznikova danışıb.

Məlumata görə, Ostin və Reznikov Ukraynadakı hərbi əməliyyatı və Kiyevin silahlanma ehtiyaclarını müzakirə ediblər.

"Ostin mayın 13-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığında Ukraynadakı münaqişəyə dərhal son qoymağa çağırıb və kommunikasiya kanallarının saxlanmasının vacibliyini vurğulayıb. Nazir Ostin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyini bir daha təsdiqləyib",- deyə məlumatda bildirirlib.

Nazirlər Ukraynanın təhlükəsizliyi üçün yardım göstərilməsinin vacibliyini qeyd edib və sıx təmasları davam etdirməyə söz veriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.