Siyasət

Vaşinqton Yunanıstandan S-300-lərini Kiyevə verməsini istəyir

7 May 2022 23:41
0 Şərh     Baxış: 1 868

ABŞ Kiyevə hərbi yardım göstərmək üçün Yunanıstana təzyiqi artırır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Yunanıstanın Defense-point.gr xəbər portalı yazıb.

Qeyd olunub ki, ABŞ Yunanıstandan Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini (S-300) Ukraynaya təhvil verilməsini istəyir.

Nəşrin yazdığına görə, Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi məsələsi artıq Vaşinqton tərəfindən gündəmə gətirilib, lakin Yunanıstan tərəfi bundan imtina edib.

"Ukraynalılar bu hava hücumundan müdafiə sistemini çox yaxşı bilirlər və onu dərhal öz arsenallarına inteqrasiya edə bilərlər. Slovakiya Çexoslovakiyanın dağılmasından sonra malik olduğu S-300 hava hücumundan müdafiə sistemlərini ötən ay artıq Ukraynaya təhvil verib. ABŞ da Yunanıstandan oxşar addım gözləyir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.