Siyasət

İrəvanda etirazçılarla polis arasında toqquşma oldu

28 Aprel 2022 23:02
0 Şərh     Baxış: 909

İrəvanda "Şərəfim var" parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vanetsyan yürüş iştirakçıları ilə vidalaşdıqda və onlar evə getməyə başlayanda qışqırıqlar eşidilib. Vanetsyanın özünün dediyinə görə, hər şey hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yürüş iştirakçısını vurması ilə başlayıb.

Vanetsyan hərəkatının sözçüsü Sos Akopyan bildirib ki, aksiyanın sonunda etirazçı ilə polis arasında mübahisə yaranıb. Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları döyməyə cəhd ediblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda günahlandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.