İrəvanda "Şərəfim var" parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vanetsyan yürüş iştirakçıları ilə vidalaşdıqda və onlar evə getməyə başlayanda qışqırıqlar eşidilib. Vanetsyanın özünün dediyinə görə, hər şey hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yürüş iştirakçısını vurması ilə başlayıb.
Vanetsyan hərəkatının sözçüsü Sos Akopyan bildirib ki, aksiyanın sonunda etirazçı ilə polis arasında mübahisə yaranıb. Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları döyməyə cəhd ediblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda günahlandırıb.
Milli.Az