Siyasət

Zelenski: “Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər”

16 Aprel 2022 20:43
0 Şərh     Baxış: 953

"Rusiya ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Pezidenti Volodmir Zelenski deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi:

"Lakin hamı özünü Rusiya ilə masa arxasında tam görmür. Ukrayna üçün təhlükəsizlik təminatları bir məsələdir, Rusiya ilə razılaşmalar isə başqa məsələdir".

Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.