Siyasət

Minsk Qrupunun reinkarnasiyası mümkün deyil - Elçin Alıoğlu - VİDEO

16 Aprel 2022 10:17
Baxış: 1 065

Minsk Qrupunun reinkarnasiyası de-fakto və de-yure mümkün deyil.

Bunu Milli.az xəbər portalının baş redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu "Arb24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Brüsseldə aparılan danışıqlarda müsbət nəticələr əldə olunub.

"Artıq Ermənistanla sülh müqaviləsi imzalamaq istiqamətində konkret addımlar atırıq və Ermənistan da buna müsbət baxır. Belə bir zamanda Fransa ortaya çıxaraq Minsk Qrupunun yenidən fəaliyyətə başlamasını istəyir. Minsk qrupu Ermənistana da sərf etmir. Fransa bütün cəbhəboyu uduzduğu geosiyasi məğlubiyyətlərin acısını Rusiya ilə birləşərək məhz Qarabağda yerli ermənilərə muxtariyyət adı kimi absurd fikirlərlə gündəmə gətirmək istəyir", - deyə o əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.