Siyasət

Bu ölkənin XİN rəhbəri Ukraynaya verdiyi dəstəyə görə ölümlə hədələndi

14 Aprel 2022 22:49
0 Şərh     Baxış: 1 186

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyinə görə sosial mediada ölümlə hədələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, polis Di Mayoya qarşı ölüm təhdidləri ilə bağlı iki nəfərin istintaqa cəlb edildiyini bildirib.

Belə ki, təhdidlərlə əlaqədar olaraq Milan əyalətində 46 yaşlı və Sirakuza əyalətində 48 yaşlı kişinin evinə basqın edilib.

Polis "tənha canavarlar" adlandırılan şəxslərin heç bir ekstremist qruplaşmaya aid olmadığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.