Siyasət

"Özləri də öləcək" - Zelenskidən Moskvaya cavab

14 Aprel 2022 21:29
0 Şərh     Baxış: 3 553

"Ölkənin şərqi Silahlı Qüvvələrimiz üçün ən mürəkkəb situsiya kəsb edir. Lakin məhz burada ən güclü hərbi hissələrimiz var".

Milli.Az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski BBC News-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, Ukrayna müqaviməti davam etdirəcək: "Onlar bizi məhv edə bilərlər, lakin biz cavab verəcəyik. Onlar bizi öldürə bilərlər, amma özləri də öləcək".

V.Zelenskinin sözlərinə görə, Mariupol şəhərində on minlərlə ukraynalının qətlə yetirildiyi istisna deyil.

"Bu on minlərlə həlak olmuş insanlarla yanaşı, minlərlə insanın itkin düşməsi barədə də informasiyalarımız var. Bilirik ki, onların sənədlərini dəyişiblər, onlara Rusiya pasportu veriblər və Rusiyanın iç bölgələrinə aparıblar. Kimini filtrasiya düşərgələrinə, kimini başqa şəhərlərə. Bu insanların başına nələr gəlir, kimsə bilmir. Nə qədər insan qətlə yetirilib, kimsə bilmir", - V.Zelenski deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.