Siyasət

Putin: “Kiyev İstanbul razılaşmalarından kənara çıxıb”

12 Aprel 2022 17:48
Baxış: 1 082

Kiyev İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Ukrayna tərəfi İstanbul danışıqlarında əldə olunan razılaşmalardan kənara çıxıb. Özü üçün də, bizim üçün də vəziyyəti dalana dirəyib", - Rusiya Prezidenti vurğulayıb.

Putin Kiyevin danışıqlarda mövqeyində yeni dəyişiklik barədə ona bazar ertəsi məlumat verildiyini, lakin bu dəyişikliklərin nədən ibarət olduğunu bilmədiyini qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.