Siyasət

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib

11 Aprel 2022 16:18
Baxış: 1 084

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi Milli Məclisdə sabah müzakirə ediləcək.

Bununla bağlı Milli Məclisin aprelin 12-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib və müzakirə ediləcək məsələlərin sayı 4-dən 6-ya qaldırılıb.

Belə ki, deputatlar sabah aşağıdakı məsələləri müzakirə edəcək:

1. Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi.

2. Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi.

3"Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.