Fransadabu gün keçirilmiş prezident seçkilərində seçici fəallığı 76% olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu statistikanı "Ifop-Fiducial" təşkilatı elan edib.
Qeyd olunur ki, seçicilərin24%-i səsvermədə iştirak etməyib. Bu, 2017-ci ildəki göstəricidən (22,23%) daha çoxdur. 2002-ci ildəki prezident seçkilərində isə antirekord qeydə alınmışdı. Həmin ildə seçicilərin 28,4%-i səsvermədə iştirak etməmişdi.
Milli.Az