Siyasət

Rusiya üçün şok xəbər: Avropa İttifaqı bu qərarı verdi

9 Aprel 2022 21:29
0 Şərh     Baxış: 2 302

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təmsil etdiyi qurumun Ukraynadakı müharibə ilə bağlı görəcəyi işlərin siyahısını açıqlayıb.

O, bu barədə tviter səhifəsində yazıb.

"Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşümdə onun dözümlülüyünü və qətiyyətini xüsusi vurğuladım. Bu müharibə döyüş meydanında bitəcək və Ukrayna qalib gələcək.

Bunun üçün Ukraynaya əlavə 500 milyon avro yardım ayrılır.

Biz artıq böyük sanksiyalar tətbiq etmişik. Lakin neft də daxil olmaqla enerji sektorunda daha çox iş görülməlidir", - Ali nümayəndə bildirib.

J.Borrelin sözlərinə görə, Avropa İttifaqının Xarici Əlaqələr Şurası növbəti addımları müzakirə etmək üçün bazar ertəsi toplanacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.