Siyasət

Rusiyaya qarşı SOVET SİLAHI

7 Aprel 2022 21:19
0 Şərh     Baxış: 1 070

"Müttəfiqlər orta və uzunmüddətli perspektivdə Ukraynaya daha çox kömək etmək niyyətindədirlər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq bəyan edib.

Stoltenberq bunu müttəfiq ölkələrin xarici işlər nazirlərinin iki günlük görüşünün yekunları üzrə Brüsseldə keçirdiyi brifinqdə deyib:

"Ukraynanın xarici işlər naziri NATO-ya əhəmiyyətli dəstəyə görə təşəkkür edib. Müttəfiqlər çox işlər görür. Cəsarətli ukraynalılara öz evlərini, ölkələrini müdafiə etmək və təcavüzkar qüvvələri dəf etməkdə kömək etmək üçün indi, orta və uzunmüddətli perspektivdə daha çox iş görməyə qərarlıdırlar".

Alyansın baş katibi həmçinin bildirib ki, üzv dövlətlər də humanitar yardım və maliyyə dəstəyini artırır.

"Biz kibertəhlükəsizlik sahəsində yardım və Ukraynanın özünü kimyəvi və bioloji təhdidlərdən qorumasına kömək etmək üçün avadanlıqların verilməsi də daxil olmaqla, daha çox işlər görəcəyimizi müzakirə etdik", - Stoltenberq bildirib.

O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra müttəfiqlərin Ukraynaya əlavə hərbi dəstəyi, o cümlədən daha çox hərbi texnikanın tədarükü ilə gücləndirdiyini xatırladıb:

"Və bu gün görüşdə aydın mesaj verildi ki, müttəfiqlər daha çox iş görməlidirlər və daha çox iş görməyə hazırdırlar. Daha çox texnika ilə təmin edirlər və onlar bu məsələnin aktuallığını bilirlər".

O, Ukraynaya hansı silah sistemlərinin verildiyinin təfərrüatları barədə danışmamaq qərarına gəlib, lakin qeyd edib ki, onlar müxtəlif növ silahlardır, o cümlədən Sovet istehsalı və müasirdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.