Siyasət

Portuqaliya Rusiya səfirliyinin 10 əməkdaşını ölkədən çıxarıb

5 Aprel 2022 22:37
0 Şərh     Baxış: 634

Portuqaliya hökuməti Rusiyanın Lissabondakı səfirliyinin on əməkdaşını persona non-qrata elan etmək qərarına gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Portuqaliyanın "Diário de Notícias" qəzeti respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xarici İşlər Nazirliyi ölkədən çıxarılan səfirlik əməkdaşlarının fəaliyyətinin Portuqaliyanın milli təhlükəsizliyinə zidd olduğunu hesab edib. Onlara ölkə ərazisini tərk etmək üçün iki həftə vaxt veriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.