Siyasət

Çin Ukraynanın hərbi və nüvə obyektlərinə kiberhücum edib

2 Aprel 2022 07:25
0 Şərh     Baxış: 1 070

Çinli hakerlər Rusiyaya dəstək məqsədilə Ukraynanın hərbi və nüvə obyektlərinə güclü kiberhücum təşkil ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "The Times" yazıb.

Bildirilib ki, jurnalistlər Çin hökumətinin fevralın 23-də Ukraynanın 600-dən çox internet resursuna bir sıra güclü kiberhücumları koordinasiya etdiyini göstərən sənədlər əldə ediblər. Onların hamısı Ukrayna Müdafiə Nazirliyi və digər hakimiyyət orqanları ilə bağlıdır.

Qeyd edilib ki, hücumun məqsədi məlumatları oğurlamaq və ya məhv etmək olub.

Eyni zamanda, nəşr vurğulayıb ki, ABŞ kəşfiyyat idarəsindəki jurnalistlərin mənbələri kiberhücumların arxasında çinli hakerlərin olduğunu təsdiqləyiblər.

Məqalə müəlliflərinin fikrincə, bu, Çinin Ukraynaya qarşı genişmiqyaslı müharibədə birbaşa iştirakına işarə ola bilər. Ekspertlər kiberhücumların heç birinin uğurlu olmadığını qeyd ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.