Siyasət

Rusiya ağır itkilərlə qoşunlarını Kiyev və Çerniqov vilayətlərindən çıxarır

31 Mart 2022 08:39
0 Şərh     Baxış: 1 255

"Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir. Bununla yanaşı, Rusiyanın Müdafiə Nazirliyi qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır".

Milli.Az bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində yerləşdirilmiş məlumatda belə deyilir.

Məlumata görə, Rusiya qoşunları xeyli itki verməkdə davam edir. Martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır.

Baş Qərargah qeyd edib ki, rusiyalılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.