Siyasət

İsveç NATO-ya üzv qəbul edilə bilər

31 Mart 2022 08:17
0 Şərh     Baxış: 683

İsveç NATO-ya üzvlüklə bağlı məsələyə yenidən baxa bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu bəyanatla İsveçin Baş naziri Maqdalena Andersson çıxış edib.

"Mən heç bir şəkildə NATO üzvlüyü istisna etmirəm", - Andersson deyib.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq alyansın xarici işlər nazirlərinin Finlandiya və İsveçlə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəldiyini bildirib. Stoltenberq qeyd edib ki, bu iki ölkə Ukrayna böhranı ilə bağlı təşkilatın bütün məsləhətləşmələrində iştirak edəcək.

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, milli təhlükəsizlik məsələsi gündəmə gələrsə, ölkə NATO-ya qəbul olunmaq üçün müraciət etməyə hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.