Siyasət

Meriya Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

30 Mart 2022 13:12
1 Şərh     Baxış: 797

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meriya pandemiya ilə əlaqədar mitinqin keçirilməsini məqsəduyğun saymayıb.

Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun "Nərimanov" stansiyası yanındakı parkda və "Ukrayna" dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.