Siyasət

Rusiya səfiri: “Moskva Bəyannaməsi əhəmiyyətli sazişdir”

30 Mart 2022 11:48
0 Şərh     Baxış: 788

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əhəmiyyətli sazişdir.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.

Səfir Moskva Bəyannaməsinin ölkələr arasında əlaqələr üçün önəmli olduğunu diqqətə çatdırıb.

Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır.

Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.