Siyasət

Nazim İbrahimov İsrailin xarici işlər naziri ilə görüşüb

7 May 2010 10:45
Baxış: 184
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Nazim İbrahimov Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyi barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı dostluq münasibətləri yeni müstəviyə qədəm qoyub. N.İbrahimov münasibətlərimizin yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, ümummilli liderin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib.

Aviqdor Liberman əlaqələrimizin inkişaf səviyyəsindən razılığını vurğulayıb, münasibətlərimizin daha da genişlənməsində dövlət başçlarının rolunu xüsusi qeyd edib. İsrailin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanın regionda və dünyada artan nüfuzunu yüksək qiymətləndirib.

Söhbətdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Dostluq münasibətlərinin inkişafında diaspor təşkilatlarının iştirakı ilə beynəlxalq tədbirlərin, "dəyirmi masa"ların, görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.