Siyasət

İstanbul-Moskva reysində bomba həyəcanı

27 Mart 2022 22:19
0 Şərh     Baxış: 1 216

"Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbul-Moskva reysini yerinə yetirən sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, İstanbul hava limanındakı təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.

Məlumata görə, Moskva-İstanbul reysini həyata keçirməyə hazırlaşan TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarəyə havaya qalxmazdan əvvəl bomba xəbərdarlığı edilib. Bu səbəbdən təyyarə dayanacaq yerinə aparılıb və polis təyyarədə axtarış aparıb. Məlumatın əsassız olduğu müəyyənləşdirilib.

Qeyd edilir ki, son zamanlar Moskvaya uçan "Air Serbia" və "THY" təyyarələrinə bomba təhdidləri artıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.