Siyasət

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

24 Mart 2022 22:38
0 Şərh     Baxış: 686

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin bəyanatında deyilir.

Onun səlahiyyət müddəti 30 noyabr 2024-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

2019-cu il iyulun 2-də Brüsseldə Avropa İttifaqının sammitində Şarl Mişel ilk dəfə Şuranın Prezidenti olub. Dekabrın 1-də o, növbəti 2 ilyarım üçün vəzifəsinin icrasına başlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.