Siyasət

“Zelenski oyuncaqları” saatlar ərzində satıldı - FOTO

19 Mart 2022 23:54
0 Şərh     Baxış: 1 794

Ukraynanın Odessa şəhərində ukraynalılar silah və ilk yardım təlimləri keçərkən paytaxt Kiyevdə xalq 1,5 milyon lalədən Ukrayna gerbi düzəldib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukraynaya yardım məqsədilə istehsal edilən "Zelenski oyuncaqları" isə saatlar içində satılıb.

Sofia meydanına sərilən lalələr ukraynalı qadınların şərəfinədir.

ABŞ-ın Çikaqo şəhərində bir oyuncaq firması Ukraynada müharibədən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin oyuncağını istehsal edən firma hər nüsxəni 100 dollardan satışa çıxarıb. İçində Ukrayna bayrağının da olduğu müxtəlif oyuncaqlar isə 20 dollardan alıcı tapıb.

İlk partiya oyuncaqların hamısı satılıb və 145 min dollar yardım toplanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.