Siyasət

"Kadırovçu"lar "Azov"la üzləşdi: yollarda isə "döymə" yoxlayırlar - FOTO

19 Mart 2022 13:03
0 Şərh     Baxış: 2 444

Ukraynanın Mariupol şəhəri uğrunda amansız döyüşlər davam edir.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, ən ağır döyüşlər "Azovstal" zavodunun ərazisindədir. Burada Ukrayna Milli Qvardiyasının "Azov" alayı ilə Rusiya Milli Qvardiyasının Çeçenistandan olan xüsusi təyinatlı dəstəsi ("kadırovçular") qarşılaşıblar.

Şəhər sakinləri isə Mariupolu tərk etməyə çalışırlar.

Şəhərdən çıxış yollarında blok-postlar qurmuş rusiyalı hərbçilər keçid məntəqəsində maşınları saxlayır, "vətənpərvər döymələri" olan yerli sakinləri həbs etmək üçün kişiləri soyundurub, bədən baxışı keçirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.