Siyasət

“Ukraynalılara pul, yardım göndərəcək, qaçqınları qucaq açıb qarşılayacağıq" - Bayden

15 Mart 2022 08:37
0 Şərh     Baxış: 1 118

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın işğalından qorunmaq üçün silahlara malik olmasını təmin edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə tviterdəki səhifəsində yazıb.

"Biz Ukraynanın işğalçı Rusiya qüvvələrindən qorunmaq üçün silahlarının olmasının qayğısına qalacağıq. Biz ukraynalıların həyatını xilas etmək üçün pul, ərzaq və yardım göndərəcəyik. Ukraynalı qaçqınları qucaq açaraq qarşılayacağıq", - Bayden yazıb.

Xatırladaq ki, daha əvvəl Cozef Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən fərman verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.