Siyasət

Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq

14 Mart 2022 09:56
0 Şərh     Baxış: 1 505

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində "parlament seçkiləri" ilə bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, XİN-in açıqlamasında qeyd olunub:

"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.