Siyasət

“Ukrayna Rusiyanın kapitulyasiyasını anlayışla qəbul edəcək”

10 Mart 2022 22:29
0 Şərh     Baxış: 1 422

"Ukrayna hökuməti Rusiya Federasiyasının kapitulyasiyasını anlayışla qəbul edəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk səhifəsində yazıb.

"Hər bir rus əsgərinə Rusiya gəmisinin arxasınca getməyi və ya çox gec olmadan Ukrayna əsirliyinə təslim olmağı şiddətlə tövsiyə edirəm. Həm də kapitulyasiya haqda fikirləşməyi. Ukrayna Rusiyanın təslim olmasını anlayışla qəbul edəcək", - Reznikov qeyd edib.

O, həmçinin əlavə edib ki, prezident Vladimir Zelenskinin başçılıq etdiyi Ukrayna rəhbərliyi Kiyevdə qalır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.