Siyasət

Zelenski ailəsinin harada olduğunu dedi

10 Mart 2022 08:27
0 Şərh     Baxış: 1 727

Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə o, Almaniyanın "Zeit" qəzetinə müsahibəsində bəhs edib.

Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.

"Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm", - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandası üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.