Siyasət

Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

7 Dekabr 2025 09:39
Baxış: 289

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Milli.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.

"Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - deyə Hikmət Hacıyev qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.