Siyasət

İran xarici işlər naziri Azərbaycana səfərə gəlib - YENİLƏNİB

7 Dekabr 2025 20:15
Baxış: 1 084

20:15

İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə gəlib.

Milli.Az xəbər verir ki, bu barədə nazirin rəsmi "Telegram" səhifəsində paylaşım edilib.

Bildirilib ki, İran nümayəndə heyətinə rəhbərlik edən nazir Bakıda Azərbaycan Respublikasının rəsmiləri ilə görüş keçiriəcək və məsləhətləşmələr aparacaq.

18:31

İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycana rəsmi səfərə yola çıxıb.

Milli.Az-ın məlumatına görə, bu barədə nazir özü paylaşım edib.

Səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və iki ölkə arasındakı münasibətlər, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Kənan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.