Siyasət

Nazarbayevin qardaşı oğlu saxlanıldı

13 Mart 2022 19:33
0 Şərh     Baxış: 680

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını mənimsəmədə şübhəli bilinərək saxlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə bazar günü idarənin mətbuat xidməti məlumat yayıb.

"Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib", - deyə məlumatda bildirilib.

Agentliyin məlumatına görə, Satybaldyulinin dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.

Milli.Az

 

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics