Siyasət

Ukraynalı nazir Lavrovla görüşündən nə gözləyir?

8 Mart 2022 07:52
0 Şərh     Baxış: 748

Ukrayna xarici işlər naziri Dmitri Kuleba tezliklə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.

"Hələlik ayın 10-na planlaşıdırılır. Baxarıq, əgər o, (Sergey Lavrov - red.) Antalyaya uçsa, mən də uçacağam. Oturub danışacağıq", - Kuleba bildirib.

Ukraynalı nazir rusiyalı həmkarına deyəcəyi sözləri də səsləndirib:

"Cənab Lavrova ilk sözlərim çox sadə olacaq. Ona deyəcəm: "Cənab Lavrov, mən hesab edirəm ki, bu görüşü Ukraynaya qarşı təcavüzün həmtəşkilatçısı ilə keçirirəm. Bu danışıqlarla siz bu cinayəti dayandıra və ya ən azından dayandırmağa cəhd edə bilərsiniz, bu səbəbdən gəlin ciddi söhbət edək". Əgər o, son vaxtlar yayılan çox absurd təbliğatı təkrarlamağa başlasa, layiq olduğu sərt həqiqəti məndən eşidəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.