Türkiyə daha 372 vətəndaşı Ukraynadan təxliyə edir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, onlar artıq yola çıxıblar. Diplomat qeyd edib ki, bununla da Türkiyənin Ukrayna ərazsinindən təxliyə olunan vətəndaşların sayı 12 min 306 nəfərə çatıb.
Milli.Az