Siyasət
Əhməd Davudoğlu: “Türkiyə Xarici İşlər Nazirliyi Qarabağı dilə gətirmədən masaya oturmaz”
6 May 2010 16:17
Baxış: 181
APA-nın xəbərinə görə, bu sözləri mayın 5-də Ukraynaya gedən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu təyyarədə "Milliyet" qəzetinin yazarı Taha Akyola açıqlamasında deyib. "Protokolların soyuducuya qoyulduğunu deyə bilərsiniz. Prosesləri təhlil etsəniz, bir il əvvəlki vəziyyətlə müqayisədə Ermənistanla münasibətlərimizin daha yaxşı olduğunu görərsiniz. Azərbaycanla münasibətlərimiz də əvvəlkindən daha yaxşıdır", - deyə Davudoğlu bildirib.
T.Akyol nazirin sözlərindən belə nəticəyə gəlib ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən bir neçə ay sakit diplomatiya aparılacaq və ölkə ictimaiyyətlərini həyəcanlandıracaq açıqlamalar verilməyəcək. Sonra isə həm protokolların taleyi, həm də Qarabağ probleminin həlli istiqamətində müsbət addımlar atılmağa başlanacaq.
T.Akyol Ə. Davudoğluna "Qarabağ məsələsini ağzınıza almadanmı Ermənistanla masaya oturdunuz" sualını ünvanlayıb. Nazir bu suala cavab verərkən Cümhuriyyət Xalq Partiyasının sədr müavini, keçmiş səfir Onur Öymənlə söhbətindən misal gətirib. Ə.Davudoğlu bu söhbətdə O.Öyməndən soruşub: "Siz uzun illər Türkiyə Xarici İşlər Nazirliyində çalışmısınız. Nazirliyimizin Qarabağ və 1915-ci il məsələsini gündəmə gətirmədən masaya oturduğuna inanırsınızmı?" O.Öymən "xeyr" cavabını verib.
T.Akyolun fikrincə, İsveçrədə Ermənistanla aparılmış gizli danışıqlarda erməni işğalı və tarixi məsələlər də müzakirə olunub: "Bəs bunlar niyə protokollarda əksini tapmayıb? Davudoğlu yazmamaq şərti ilə bizə bu barədə məlumat verdikdən sonra diplomatiyadakı "konstruktiv qeyri-müəyyənlik" (constructive ambiguity) üsulunu xatırlatdı - mətni qeyri-müəyyən yazaraq yola çıxmaq və sonra addım-addım irəliləmək. Doğrudan da daha öncə də dəfələrlə yazdığım kimi, protokollarda həm Qarabağ məsələsi, həm də tarixlə bağlı mübahisələrə dair ümumi prinsiplər var. Azərbaycan Türkiyənin 24 aprel təhlükəsini sovuşdurmaq üçün Qarabağı satmasından narahat olmuşdu. Ermənistan isə gözləyirdi ki, o, protokolları dondurduqdan sonra Türkiyə təlaşlanaraq Obama "soyqırım" sözünü işlətməsin deyə protokolları ratifikasiya edəcək - həm də Qarabağ məsələsinin həlli istiqamətində bir addım belə atılmadan. Ermənistan ABŞ-Türkiyə münasibətlərinin korlanmasını da gözləyirdi. Amma bunların heç biri olmadı. Davudoğlu haqlı olaraq "24 aprel prosesini yaxşı idarə etdik" deyir. Nəyin olmayacağını hər kəs gördü, indi daha real zəmində "sakin diplomatiya" davam edir".
Ə.Davudoğlu protokollar məsələsində bir neçə ay ərzində müsbət inkişaf olacağını, eyni zamanda yaxın günlərdə Azərbaycanla enerji anlaşması imzalanacağını da açıqlayıb: "Baş nazir Baklıya gedərək anlaşmaya imza atacaq. Aramızda hər mövzuda tam etimad var".

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
XƏBƏR LENTİ
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Azərbaycan millisi hesabı açdı - Yenilənir
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət