Siyasət

Kiyevdə bir neçə partlayış olub

3 Mart 2022 08:34
0 Şərh     Baxış: 635

Martın 3-də yerli vaxtla saat 1:40-dan sonra (Bakı vaxtı ilə saat 3:30-dan sonra) Ukraynanın paytaxtında silsilə partlayışlar baş verib.

Partlayış səsləri Kiyevin müxtəlif rayonlarında eşidilib.

Hadisə şahidlərinin məlumatına görə, Peçersk, Qoloseevo rayonlarında partlayış səsləri eşidilir. Metronun "Xalqlar Dostluğu" stansiyası ərazisində də partlayışlar baş verib.

Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqlara çağırılıb.

Hələlik ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.